Qırmızı.az
Məmurların gəlir bəyannamələri üçün hökumətə müraciət edilib
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Nazirlər Kabinetinə Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələrinin formalarının hazırlanması ilə bağlı məktub ünvanlayb. Məktubda bəyannamə formasının hazırlanması prosesinin sürətləndirilməsi xahiş olunur.
Bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 2014-cü ilin I yarısında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dövlət məmurlarının gəlir bəyannamələrinin formaları Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır: "Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələrinin hazırlanması ilə bağlı irəliləyişin olmaması Nazirlər Kabineti tərəfindən həmin bəyannamə formalarının təsdiq edilməməsi ilə əlaqədardır. Komissiya bununla bağlı Nazirlər Kabinetinə məktub göndərib ki, proses sürətləndirilsin".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!