Təcavüzdə ittiham olunan direktor danışdı - Özəl
Bizi izləyin

Qırmızı.az

Təcavüzdə ittiham olunan direktor danışdı - Özəl

"Haqqımda yayılan fikirlər İsmayıllı rayon 30 saylı məktəbin müəllimləri və kənd sakinlərinin şayiələridir. Adıçəkilən qız şagird deyil, bir ildən çoxdur, məzun olub. Ona, sadəcə, ata kimi yardım etmişəm”.

Bunu Publika.az-a açıqlamasında İsmayıllı rayonu Kürtmaşı kəndində məskunlaşan Ağdam məktəbinin direktoru Zahid Namazov deyib. O, 18 yaşlı kənd sakininə təcavüz etməsi barədə yayılan xəbərlərin sadəcə kənd sakinlərinin məktəbin bağlanması barədə istəklərinin bir hissəsi olduğunu deyib.

“Həmin qız bir müddət əvvəl axşam saatlarında mənə zəng vurub, anasının onu məcburi olaraq bir nəfərlə nişanladığını, amma özünün başqa istədiyinin olduğunu dedi. Ona kömək etməyimi xahiş etdi. Mən də ona yaxınlarına, əmilərinə məlumat verməsini, mənim qarışmağımın düzgün olmadığını dedim. Qız isə etiraz edərək, ancaq mənim kömək edə biləcəyimi dedi. Sonrakı günlər də dəfələrlə zəng vurdu, mesaj yazdı. Hər dəfə də rayonda olmadığımı deyərək məsələyə qarışmaq istəmirdim. Ona təklif etdim ki, yoldaşımla mən qızın anası ilə danışaq, amma razı olmadı. Dedi ki, anası ilə danışsaq, onu öldürər. Qızın psixoloji durumu da çox pis idi. İyulun 14-də sonuncu dəfə zəng edəndə yoldaşımla birlikdə qərar verdik ki, qıza kömək edək. Onu Bakıda "20 Yanvar" metrosu yaxınlığında yaşayan baldızımın yanına göndərməyə qərar verdik ki, bir müddət buradan uzaqlaşsın, psixoloji durumu düzəlsin. Lakin qız Bakıya gəldiyi günü yox, səhəri günü anasına zəng edib. Anası da polisə müraciət edib. Biz də bundan xəbər tutandan sonra polislə, icra hakimiyyəti ilə əlaqə saxladıq, məsələ barədə məlumat verdik”.

Z.Namazov belə bir şayiənin necə yaranmasına da aydınlıq gətirdi:

“Qız rayona gələndən sonra hadisəni olduğu kimi danışıb, sadəcə anasına artıq ailə qurduğunu deyib. Anası da rayon sakinlərinə deyib və beləliklə də, şayiə yayılıb. Onsuz da uzun müddətdir rayon sakinləri, məktəb müəllimləri bizim məktəbin fəaliyyətinə etiraz edirdilər. Çünki kənd sakinlərindən bəzilərinin uşaqları bizim məktəbə gəlir. Bir neçə dəfə bununla bağlı Təhsil Nazirliyinə də müraciət etmişdilər. Bu hadisə isə onlara şayiə yaymağa imkan verib. İcra hakimiyyətinə gələn 10-15 nəfər içərisində Kürtmaşı kənd məktəbinin müəllimləri də olub. Bu şayiəni yayanlar da həmin müəllimlərdir. Lakin hər kəsə mənim necə insan olmağım bəllidir. Qız da ifadəsində bunu təsdiqləyib, telefonlarımıza gələn zəng, mesajlar da sübut kimi polisə təhvil verilib. Məktəbin köçürülməsi isə bizdən asılı deyil. Məcburi köçkünlər nə vaxt bu kənddən köçürülsə, ondan məktəbimiz də köçürüləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm