Prezident Şeyxin iqamətgahında iftara qatılacaq - Fotolar
Bizi izləyin

Qırmızı.az

Prezident Şeyxin iqamətgahında iftara qatılacaq - Fotolar

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri və Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə öz iqamətgahında iftar süfrəsi açacaq.

Axar.az xəbər verir ki, ölkə Prezidenti İlham Əliyevin tədbirdə iştirak edəcəyi gözlənilir.

Şeyxin rəsmi iqamətgahında baş tutması planlaşdırılan iftar süfrəsinə millət vəkilləri, nazirlər və başqa rəsmi şəxslər də dəvət olunub.

Məlumat üçün deyək ki, Şeyxin iqamətgahı Montin qəsəbəsində yerləşir və bir həftədən artıqdır ki, Prezidentin gəlişi ilə bağlı ərazidə və yolda abadlıq işləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm