Qırmızı.az
Bakı-Poti qatarının hərəkəti bərpa olundu
Azərbaycan ilə Gürcüstan Poti-Bakı
marşrutu üzrə konteyner qatarı hərəkətini bərpa
edib.
ANS TV-nin məlumatına görə, 25 konteyner
vaqonundan ibarət olan ilk qatar elə bu gün Keşlə stansiyasına
çatıb. Qatarın təntənəli qarşılanma mərasimində çıxış edən
Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov iki ölkə
arasında nəqliyyat əlaqələrinin daha da genişləndirilməsindən
danışıb.
Musa Pənahovun sözlərinə görə, Bakı-Poti konteyner
qatarının fəaliyyətinin bərpa edilməsi yük daşımalarının
intensivləşməsinə yeni stimul verəcək: “Konteyner qatarının öz
işinə başlaması ilə qəbul edən tərəf öz yükünü 34 saat ərzində ala
bilər”.
Gürcüstan Dəmir Yollarının icraçı direktoru Mamuko
Baxtadze əldə olunan saziş əsasında konteynerlərin nəql olunmasını
təmin ediləcəyini deyib. ”Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Arif Əsgərov isə son dövrlərdə beynəlxalq daşımaların tərkibində
konteyner daşımalarının xüsusi çəkisinin artdığına diqqət
çəkib.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov