Qardaşı oğlunu xilas etmək istəyən əminin acı aqibəti (FOTO, TƏFƏRRÜAT)
Bizi izləyin

Qırmızı.az

Qardaşı oğlunu xilas etmək istəyən əminin acı aqibəti (FOTO, TƏFƏRRÜAT)

Salyan rayonunda baş verən ailə faciəsinda əmi və qardaşı oğlu dünyasını dəyişib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, əmi Kür çayında boğulan qardaşı oğlunu xilas etməyə çalışsa da, hər ikisi suda boğulub.

Hadisə ötən gün saat 19:00 radələrində Salyanın Babazənan yaşayış massivində qeydə alınıb. Həmin yaşayış massivinin sakini, 44 yaşlı Azər Əliyev uşaqların sərinlənməsi üçün öz oğlunu, qardaşı və qaynı oğullarını götürərək Kür çayı sahilinə gəlib. Uşaqlar Kür çayında çimərkən onun özü isə sahildə onlara nəzarət edirmiş. Elə bu vaxt qardaşı oğlu, 13 yaşlı Samir Şahin oğlu Əliyev anidən Kürün dərin hissəsinə düşüb.

Uşağın boğulduğunu görən Azər Əliyev qardaşı oğlunu xilas etmək üçün pal-paltarlı özünü çaya atıb. Qardaşı oğlunu çayın dərinliyindən çıxarmaq üçün bir neçə dəfə cəhd edib. Lakin sonda Azər Əliyev də qardaşı oğlu ilə birlikdə çayda boğulub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan sulardan xilasetmə məntəqəsinə məlumat verilib və hadisə yerinə xilasediclər gəlib. Axtarışlar zamanı azyaşlı Samir Əliyevin meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Bir neçə saat davam edən axtarışlara baxmayaraq, Azər Əliyevin meyitini çayda tapmaq mümkün olmayıb.

Qeyd edək ki, 3 uşaq atası olan Azər Ağabəy oğlu Əliyev Nəriman Nərimanov adına Qazçıxarma İdarəsində qazmaçı vəzifəsində işləyirmiş.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm