Bir hakimin səlahiyyətinə xitam verildi, 2 nəfərə irad tutuldu
Bizi izləyin

Qırmızı.az

Bir hakimin səlahiyyətinə xitam verildi, 2 nəfərə irad tutuldu

Məhkəmə-Hüquq Şurası bir hakimin səlahiyyətinə xitam verib, iki hakimi isə cəzalandırıb.

Məhkəmə-Hüquq Şurasından Publika.az-a verilən məlumata görə, iclasda hakimlər barədə intizam icraatlarına baxılmış, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiyinə və qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Qazax rayon məhkəməsinin hakimi Elnur Cəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib.

Yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Sabunçu rayon məhkəməsinin hakimi Anar Qasımova və Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Nuru Quliyevə irad tutulub.

Vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiklərinə görə 6 digər hakim barədə intizam icraatı başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm