Bakıda kütləvi dava: 3 nəfər bıçaqlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda kütləvi dava: 3 nəfər bıçaqlandı

Ötən gün gecə saatlarında Mərdəkan qəsəbəsində kütləvi dava nəticəsində bıçaqlanma olub.

Xəzər Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, gecə saat 11:00-da münaqişə zəminində 22 yaşlı İlham Abbasov, 23 yaşlı Ayaz Abdullayev və 33 yaşlı Tərlan Xudaquliyev bıçaqlanıb.

Hər üç yaralı müxtəlif bədən xəsarətləri ilə 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib, onların üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hadisəni törədən şəxs və ya şəxslərin kimliyi araşdırılr. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm