Türkiyədə tutulan azərbaycanlı yoqa professoru buraxıldı
Bizi izləyin

Qırmızı.az

Türkiyədə tutulan azərbaycanlı yoqa professoru buraxıldı

Türkiyədə cinsi istismar şübhəsi ilə saxlanılan tanınmış yoqa ustası azərbaycanlı Akif Manaf azad edilib.

Alınan məlumata görə, yoqa ustasından şikayət edən 3 tələbəsinin şikayətinin bəzi məqamları yayılıb.

56 yaşlı Akif Manafa ölkəni tərk etmək qadağası qoyulub. Lakin professor bu şərtlə razı deyil. "Heç bir sübut yoxdur. Bu iftiradır. Bir insanı ləkələməyin ən asan yolu onu cinsi istismarda ittiham etməkdir. Amma türk xalqına xidmətə davam edəcəm".

Ədliyyədən çıxan yoqa ustası tələbələri ilə birlikdə açıqlama verib. Manaf tələbələrinə uşaqları kimi baxdığını deyib. "Onlara öz yediyimdən yedirdim, içdiyimdən içirdim".

Qeyd edək ki, şikayət edən qadınlar bir necə yoqa mərkəzi olan şəxsin onları hipnoz edərək təcavüz etdiyini deyiblər.

A.Manafın müştəriləri arasında Mehmet Əli Erbil, Okan Karaca kimi bir çox tanınmış simalar da var. Akif Manaf 1958-ci ildə Azərbaycanda doğulub. Moskvada ali təhsil alıb. Fəlsəfə doktoru adı alandan sonra isə Hindistanda profüssor adı qazanıb. (anspress.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm