Hesablama Palatası "Qaçqınkom"u yoxlayacaq
Bizi izləyin

Qırmızı.az

Hesablama Palatası "Qaçqınkom"u yoxlayacaq

Hesablama Palatası qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi mövzusunda analitik təhlil aparacaq.

Publika.az Palatanın saytına istinadən xəbər verir ki, Hesablama Palatasının 2014-cü il iyul ayının 16-da keçirilən Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Balakən rayon İcra Hakimiyyətinə və dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Nəsimi rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları, həmçinin "Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 2011-2013-cü illərdə məskunlaşmamış qaçqınların və məcburi köçkünlərin kommunal xərcləri və müavinətlərlə bağlı dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi" mövzusunda analitik təhlil üzrə proqram müzakirə edilərək təsdiq olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm