Azərbaycan Dünya Donor Bankının reyestrinə üzv olmaq istəyir
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Dünya Donor Bankının reyestrinə üzv olmaq istəyir

“Hazırda sümük iliyi transplantasiyası üçün 24 xəstə növbədədir. Onların 4-ü əməliyyata uyğun görülüb və onlardan 3-də bu əməliyyat keçirilib. Əməliyyat, əsasən, 16 yaşa qədər uşaqlarda keçirilib”.

Publika.az-ın xəbərinə görə, bu sözləri Respublika Talassemiya Mərkəzinin Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva deyib.

N.Əliyeva bildirib ki, Respublika Talassemiya Mərkəzində bütün müraciətlər üçün imkan yaradılır. “Amma heç də hamısında bu müdaxiləyə ehtiyac olmur. Bütün müraciətləri araşdırır. Biz yalnız talassemiyalı xəstələrə yox, kəskin leykoz xəstələrini də müayinə edirik. Hazırda transplantasiya üçün 10 leykoz xəstəsi müraciət edib”.

N.Əliyeva donor azlığı məsələsinə də aydınlıq gətirdi. Onun sözlərinə görə, hazırda bu əməliyyatlarda yalnız xəstələrin yaxınları donor qısmində iştirak edə bilər. Lakin Dünya Donor Bankında qeydiyyatda olan ölkələrin donor tapmaq imkanı daha genişdir. O, Azərbaycanın Dünya Donor Bankında üzv olmadığının donor problem yaşatdığını bildirib:

“Azərbaycan Dünya Donor Bankının reysterinə üzv olması üçün ən azı 100 transplantasiya əməliyyatı aparılmalıdır. Bundan sonra reysterə üzv ola bilərik və bu da işimizi daha da asanlaşdırar. Bu istiqamətdə dövlət tərəfindən də işlər aparılır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm