Azərbaycanda 5 nəfər suda boğularaq ölüb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 5 nəfər suda boğularaq ölüb

İyulun 17-də Azərbaycanda 5 nəfər suda boğularaq ölüb. Onlardan biri azyaşlıdır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 17-də Göygöl rayonunun ərazisində Goranboy rayon sakini Asiman Hüseynov Gəncə çayının rayonun ərazisindən keçən hissəsində çimərkən boğulub. Salyan rayonu Babazanlı qəsəbə sakini Azər Əliyev və qardaşının oğlu 2 yaşlı Sabir çayda çimərkən boğulublar. S.Əliyevin meyiti sudan çıxarılıb. Azərin meyitinin tapılması üçün tədbirlər görülür.

İyulun 17-də Qəbələ şəhəri ərazisində, şəhər sakini Coşqun Abdulhüseynov göldə çimərkən boğulub. C.Abdulhüseynovun meyiti sudan çıxarılıb.

Həmin gün Göygöl rayonunun ərazisində Goranboy rayon sakini Asiman Hüseynov Gəncə çayının rayonun ərazisindən keçən hissəsində çimərkən boğulub.

Dünən daha bir boğulma hadisəsi Şəmkirdə baş verib. Şəmkir rayonunun Kür qəsəbəsinin ərazisində Gəncə şəhər sakini Razim Əhmədov Şəmkir rayon Su Elektrik Stansiyasına (SES) məxsus göldə çimərkən boğulub. R.Əhmədovun meyiti sudan çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm