Qırmızı.az
Xalq artisti ürəyindən əməliyyat olundu
Azərbaycanın tanınmış mədəniyyət xadimi, görkəmli tarzən, Xalq artisti Ramiz Quliyev ürəyindən cərrahi əməliyyat olunub.
Bu barədə AzVision.az-a xalq artistinin özü bildirib.
Səhhətinə problem yaranan Xalq artisti bildirib ki, hazırda özünü
yaxşı hiss etsə də, həkimlərin tapşırığı ilə bir ay mətbuata çıxa
bilməyəcək.
Qeyd edək ki, Ramiz Quliyev 1947-ci ildə Ağdamda anadan olub.
1964-69-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
Ağdam rayon Pionerlər evində tar ixtisası üzrə dərnək rəhbəri və Ə.
Haqverdiyev adına Ağdam dram teatrında musiqi hissə müdiri olub.
Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri
kafedrasında tar ixtisası üzrə müəllim, baş müəllim, dosent,
professor kimi pedaqoji fəaliyyət göstərib. 1992-2002-ci illərdə
həmin kafedraya rəhbərlik edib. 1974-cü ildə musiqiçilərin
Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən
estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına
layiq görülüb. Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə,
ADR, Pakistan, Əlcəzair, Tunis, AFR,Hindistan, ABŞ, Kanada,
Danimarka, İran, İraq, Fransa, İngiitərə, İsrail, Norveç və digər
öikələrdə konsertlər verib. 1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da
keçirilən Beynəlxalq folklor festivalında xüsusi diploma layiq
görülüb. 1993-cü ildə "Humay" milli mükafatına, 2001-ci ildə "Ilin
fədakar sənətçisi" fəxri adına layiq görülüb.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!