Əli Həsənov: "Dilqəm və Şahbazla görüşmək mümkün olmayıb"
Bizi izləyin

Qırmızı.az

Əli Həsənov: "Dilqəm və Şahbazla görüşmək mümkün olmayıb"

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov ermənilərin girov götürdüyü aəzrbaycanlılardan danışıb. ANS PRESS-in bölgə müxbirinin verdii iməlumata görə, o jurnalistlərə açıqlamasında hələlik Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan və Xankəndi ofislərinin əməkdaşlarının işğal altındakı Kəlbəcər rayonunda girov götürülən azərbaycanlılarla görüşə bilmədiklərini deyib.


Baş nazirin müavini Ermənistan tərəfinin girov götürülmüş azərbaycanların kəşfiyyat diversiya xarakterli əməliyyat keçirmək istədikləri haqqında səsləndirdiyi bəyanatları cəfəngiyyat adlandırıb. Əli Həsənov Dilqəm Əsgərov və Şahbaz Quliyevin başqa dövlətin sərhədlərini pozmadığını, doğma torpaqlarını ziyarət üçün gedən vətənpərvərlər olduğunu bildirib.


“Bizdəki məlumata görə, bunlar bir neçə dəfə öz kəndlərinə, doğulduqları yerə gediblər. Onlar nə hərəkət ediblər axı - partlayışı törədiblər, kimə xəsarət yetiriblər? Heç kimə. Sadəcə olaraq doğulduqları torpağı ziyarət ediblər".


Əli Həsənov onların işğal altındakı torpaqlara keçə bilmələrini Şahbaz və Dilqəm kimi vətənpərvərlərin bacarığı, Ermənistan tərəfinin isə zəifliyi adlandırıb.


O bildirib ki, Ermənistan tərəfi əsir və girov götürülmüş şəxslərlə davranış qaydalarını tənzimləyən beynəlxalq aktları pozur: “Onlar haqda xəbər yayıldıqdan dərhal sonra cənab prezident bu məsələni şəxsən nəzarətə götürdü, müvafiq qurumlara tapşırıqlar verdi. Onun göstərişinə əsasən mən BQXK-nın Bakı ofisinin rəhbərliyi ilə görüşdüm. Onlar da İrəvan və Xankəndi ofisləri ilə əlaqə saxlayıblar. Ancaq bu günə qədər girov götürülən Dilqəm və Şahbazla görüşmək mümkün olmayıb. Biz bilirik, Ermənistanda onlara qarşı hansı vəhşilikləri edirlər”.


Onun sözlərinə görə, əgər Ermənistan rəhbərliyi, bu ölkənin xüsusi xidmət orqanları saxladıqları şəxsə qarşı amansız davransalar, xalqlar arasındakı nifrət daha da artacaq. “Ermənistan anlamalıdır ki, bizim aidiyyəti orqanlarımız onlara qarşı amansızlıqlara göz yummayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm