Salyanlı vəhhabi Suriyaya döyüşməyə getdi - Rəsmi
Bizi izləyin

Qırmızı.az

Salyanlı vəhhabi Suriyaya döyüşməyə getdi - Rəsmi

“Şorsulu kəndindən Zülfüqarov Kamran Azər oğlu adlı şəxs doğrudan da Suriyaya döyüşməyə gedib”.

Bu sözləri Salyan rayon icra başçısının müavini Rəşad Cəbrayılov Axar.az-a açıqlamasında Salyandan vəhhabi təriqətinə məxsus şəxsin Suriyaya döyüşə yollanması barədə danışarkən dedi. Onun sözlərinə görə, bu hadisə yeni deyil, xeyli əvvəl baş verib:

“Bu hadisə xeyli müddət əvvəl baş verib. Bu barədə bizdə rəsmi məlumat var. Həmin şəxs ruhi xəstə idi və indi Suriyada öldü-qaldısından bir xəbər yoxdur. Salyanda bu faktdan başqa Suriyaya döyüşməyə gedən heç kim yoxdur. Bizim rayon dinə bağlı bölgədir, möminlər diyarıdır. İnsanların böyük əksəriyyəti inanclıdır”.

Qeyd edək ki, Salyanda rəsmi olaraq 30 nəfər vəhhabi, 7 ibrahimi, 2 nəfər də nəqşibəndi cərəyanının üzvü var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm