Kərəm Vəliyev general həmkarından DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Kərəm Vəliyev general həmkarından DANIŞDI

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın müdafiə nazirinin müavini, general-leytenant Kərəm Vəliyev ölkənin aparıcı kütləvi informasiya vasitələri (KİV) rəhbərləri ilə görüşüb.

Publika.az-ın məlumatına görə, görüş zamanı K.Vəliyev bir sıra hərbi və ordu ilə bağlı məsələrdən danışıb.

Bundan əlavə, K.Vəliyev istefada olan general-mayor Mahmud Həmzəyevin Publika.az-a son müsahibəsi zamanı söylədiyi fikirlərə də münasibət bildirib.

Nazir müavini deyib ki, Mahmud Həmzəyev Azərbaycanın hörmətli generallarından biridir: “Hazırda o təqaüddədir”.

Görüş zamanı K.Vəliyev, ona ünvanlanmış “Nəyə görə Həmzəyevlə bağlıyayılan xəbərlərə aydınlıq gətirilmir?” sualına da cavab olaraq bildirib ki, M.Həmzəyev özü barəsində yayılan xəbərləri təkzib edib və lazımi açıqlamanı verib:

“Buna görə də nazirlik hər hansı bir əlavə açıqlama verməyə ehtiyac görməyib”.

Xatırladaq ki, Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri, general-mayor Mahmud Həmzəyev Publika.az-a müsahibəsində son günlər müharibədən qorxması barədə söylənilən fikirləri şərh etmişdi.

General sadəcə bu açıqlamanı düzgün anlaşılmadığını demişdi:

“Mən təqaüdçü adamam, gözləyirəm ki, nə vaxt öləcəm. Qoca kişiyəm. Mən daha general deyiləm. Şükürlər olsun ki, hər şey qaydasındadır. Daha mən o işlərlə maraqlanmıram. Mən müharibədən qorxan general deyiləm. Mənim haqqımda kim nədeyirsə, desin. Mən onlara əhəmiyyət vermirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm