Metropoliten işçilərinin maaşı artırıldı
Bizi izləyin

Qırmızı.az

Metropoliten işçilərinin maaşı artırıldı

“Bakı Metropoliteni” QSC-nin bəzi işçilərinin maaşları artırılıb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmri ilə bəzi struktur rəhbərlərinin, stansiya işçilərinin maaşlarında təxminən 30-50 faiz artım olub.

O qeyd edib ki, ümumilikdə metro işçilərinin maaşlarına baxılır, mümkün variantlar nəzərdən keçirilir, gələcəkdə digər işçilərin də maaşlarının artırılması nəzərdə tutulur. /axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm