Qırmızı.az
XİN-dən sərt açıqlama
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin
rəhbəri Elman Abdullayev Böyük Britaniyanın Avropa işləri üzrə
naziri David Lidinqtonun Həsən Hüseynli ilə bağlı bəyanatına cavab
verib.
XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Böyük
Britaniyanın Avropa işləri üzrə naziri David Lidinqtonun
açıqlamasını qətiyyətlə rədd edir və cavab olaraq bildirir ki,
Azərbaycanda heç kim siyasi baxışlarına və fəaliyyətinə görə təqib
və ya mühakimə olunmur:
"Britaniyalı nazirin öz məsuliyyətsiz mülahizələri ilə Azərbaycan
məhkəmə instansiyalarına təzyiq etməsi cəhdi onun və təmsil etdiyi
Britaniya hökumətinin qanun aliliyinə olan münasibətin
göstəricisidir. Qanunun aliliyinin tam təmin olunduğu ölkə kimi
Azərbaycanda hər hansı siyasi fəaliyyət heç kimi qanun qarşısında
məsuliyyətdən azad etmir.
Avropa məsələləri üzrə nazirin hazırda Avropanın qarşılaşdığı real
problemləri kənarda qoyub, cinayət əməli məhkəmə qaydasında sübuta
yetirilmiş şəxsdən bəhs etməsi Azərbaycana təzyiq etmək üçün bəhanə
kimi qiymətləndirilir və təbii ki, bu cür cəhdlər uğursuzluğa
məhkumdur.
Ermənistan təcavüzü nəticəsində Azərbaycanda qaçqın və məcburi
köçkünə çevrilmiş 1 milyonadək şəxsin məruz qaldığı kəskin
məhrumiyyətlərə göz yumaraq, özünü Avropada insan hüquqlarının
carçısı kimi qələmə verməyə çalışan nazirin bu bəyanatı siyasi
ikiüzlülükdən başqa bir şey deyildir. Lidinqtonun sonuncu dəfə nə
zaman Azərbaycan xalqının bu ağrılı məsələlərinə toxunduğunu
xatırlamaq belə mümkün deyil.
Xarici İşlər Nazirliyi Britaniya Hökumətini Azərbaycanın daxili
işlərinə yersiz müdaxilələrdən çəkinməyə və öz vaxtını və
resurslarını öz ölkəsində insan hüquqlarının ümumi vəziyyətinin
yaxşılaşdırılmasına həsr etməyə çağırır. Hesab edirik ki, nazir
Lidinqton beynəlxalq təşkilatların Böyük Britaniyada çoxsaylı insan
hüquqları pozuntuları ilə bağlı tənqidlərini qəbul edərək,
ölkəsinin bu sahədəki problemlərinin həllinə öz töhfəsini versə
daha faydalı olardı.
Britaniyalı nazirə xatırlatmaq istərdik ki, onun demokratik
dəyərlərlə manipulyasiya edən hökuməti dəfələrlə ölkədə azad
məhkəmələrin fəaliyyəti üçün şəraitin yaradılmamasına, işgəncələr
və alçaldıcı rəftara, qanunverici orqanlarda müstəqilliyin və
şəffaflığın təmin olunmamasına, xüsusi xidmət orqanları tərəfindən
kütləvi şəkildə vətəndaşların internet fəaliyyətinin izlənməsi və
telefon danışıqlarının dinlənməsi, ifadə azadlığının pozulması,
şəxsi həyatın toxunulmazlığının pozulması , quldarlıq, irqi
ayrıseçkilik, immiqrasiya qanunvericiliyi çərçivəsində insan
hüquqlarının pozulması və digər insan hüquqlarını məhdudlaşdıran
əməllərə görə dəfələrlə tənqid olunub".
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular