Qırmızı.az
Nazirlik Azər Mirzəyevlə vida mərasiminin keçirilməməsinə aydınlıq gətirdi
"Azər Mirzəyev çox dəyərli sənətkarlarımızdandır. O, uzun illər Gənc Tamaşaçılar Teatrında, daha sonra Mədəniyyət və Turizm Nazirliyində mərkəzi aparatda çalışıb, son illər isə fəaliyyətini Akademik Milli Dram Teatrında davam etdirib. Onun itkisi bütün teatr ictimaiyyəti üçün ağırdır".
Bu sözləri Publika.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib.
O bildirib ki, Azər Mirzəyev ailəsinin istəyinə əsasən, doğulduğu Sabirabad rayonunda ata-baba qəbiristanlığında dəfn ediləcək. Dəfn mərasimində nazirliyin nümayəndələri, teatr ictimaiyyəti iştirak edəcək.
“Onun çalışdığı teatr kollektivinə orada iştirakla bağlı xüsusi tapşırıq verilib. Teatr Xadimləri İttifaqı və nazirlik adından nekroloq hazırlanıb”.
O, son illər dünyasını dəyişən bəzi incəsənət xadimləri üçün vida mərasiminin təşkil edilməməsinə də münasibət bildirib:
“Bu suala indi cavab verə bilmirəm. Amma bu məsələ ilə bağlı qərar onların ailələri ilə ümumi razılıq əsasında verilir”.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ