Yeznə və baldız özlərini asdılar
Bizi izləyin

Qırmızı.az

Yeznə və baldız özlərini asdılar

İyulun 19-na keçən gecə, saat 04:00 radələrində Saatlı rayonu Məmmədabad kəndində iki nəfər intihar edib.

Saatlı rayonu Polis şöbəsinin növbətçi hissəsindən Modern.az saytına hadisəni təsdiqləyərək bildirilib ki, özlərinə qəsd edənlər Məmmədabad sakinləri olan qohumlardır.

Belə ki, 11.12.1993-cü il təvəllüdlü Askanov Mürşüd Cümşüd oğlu və 11.02.1997-ci il təvəllüdlü Ağaşova Şəfəq Əlşad qızı kənddəki meşədə özlərini iplə ağacdan asaraq intihar ediblər.

“İntiharın səbəbləri bilinmir. Hadisəylə bağlı cinayət işi açılıb”.

Kənd sakinləri isə Modern.az-a verdikləri məlumatda intihar edənlərin yeznə-baldız olduğunu söyləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm