Bakıda ata 14 yaşlı oğluna 50 bıçaq zərbəsi vurdu – Şok
Bizi izləyin

Qırmızı.az

Bakıda ata 14 yaşlı oğluna 50 bıçaq zərbəsi vurdu – Şok

Bakının Qobu qəsəbəsində ata oğluna 50 bıçaq zərbəsi vuraraq öldürüb. Hadisə dünən axşam saat 20 radələrində baş verib.

Axar.az xəbər verir ki, oğul qatili ata Abşeron rayonu Qobu qəsəbəsi Məmmədyarov küçəsi-64-də yaşayan Eldəniz Kamal oğlu Məmmədovdur. Eldəniz Məmmədov əvvəllər məhkumluq həyatı yaşayıb. Dünən axşam isə evə sərxoş gələrək evdə də içməyə başlayıb. Bu zaman oğlu İbrahim atası ilə mübahisə edib.

Mübahisə zəminində Eldəniz Məmmədov 14 yaşlı oğlu İbrahimi 50 bıçaq zərbəsi ilə qətlə yetirib.

Xüsusi amansızlıqla oğlunu öldürən 1974-cü il təvəllüdlü Eldəniz Məmmədov həbs edilib və barəsində Abşeron Prokurorluğunda CM-nin 122.4-cü maddəsi ilə cinayət işi açılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm