Qırmızı.az
Oruc tutmaq barədə 7 yanlış stereotip
Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya
baş vurmaq) olmaz.
Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir
məhdudiyyət yoxdur.
Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı
getməsin.
Yanlışlıq: Orucluq vaxtı toy-bayram keçirtmək olmaz.
Həqiqət: Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur.
Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas
atributlaradır.
Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.
Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan
birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməsindən asılı
deyil və bununla şərtlənmir.
Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu
artıq davam etmək gərək deyil.
Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc
tutduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu
dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək
gərəkdir.
Yanlışlıq: Oruc tutan iynə və peyvənd vura bilməz.
Həqiqət: Bilər. Məhdudiyyət yalnız qidanı əvəz edən iynələrə,
məsələn, qlükozaya aiddir.
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu