Firudin Cəlilov Bakıya qayıtdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Firudin Cəlilov Bakıya qayıtdı (FOTO)

Müalicə olnumaq üçün iyulun 7-də Türkiyəyə gedən Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov müalicəsinin əsas hissəsini başa vuraraq vətənə qayıdıb. Publika.az-ın məlumatına görə, bu barədə sabiq nazir sosial şəbəkədəki şəxsi səhifəsində məlumat yayıb. Dincəlmək üçün sabah (bu gün) Xızıya gedəcəyini yazan Firudin Cəlilov sağalması üçün dua edən hər kəsə də təşəkkürünü bildirib.

Bundan başqa sabiq nazir xəstəliyi müddətində onunla maraqlanan, qayğı və diqqqətini əsirgəməyən ölkə başçısı İlham özü və ailəsi adından təşəkkür edib.

Nəvələri üçün darıxdığını da qeyd edən F. Cəlilov onlarla çəkdirdiyi foto şəkli də səhifəsində paylaşıb.

“DOSTLAR, artıq Bakıya qayıtdım, evdəyəm, nəvələrim üçün çox darıxmışdım.

Ankarada Bayındır hospitalı həkimləri (əllərinə sağlıq) 5-6 saatlıq ağır əməliyat ilə mənə ikinci həyat verdilər. Bərpa olunmaq üçün sabah məni Xızıya aparacaqlar, yəqin 10-15 gün orada olacam, inşallah qayıdandan sonra sizlərlə xəbərləşərik.

Bu təşəkkür ismarışı ilə dostlara çatdırmaq istəyirəm ki, sağlamlığımla bağlı minlərlə insanın, dostun-tanışın şəfa diləyi, duası mənə mənəvi dayaq oldu, uca Tanrı hamınıza yar olsun. Xəstəliyim haqqında məlumatın ictimailəşməsini istəməsəm də, qarşısını yalnız bir müddət ala bildim, məndən xəbərsiz dostlar (özəlliklə, Tənzilə xanım), bir neçə millət vəkili, bir çox gənclər dövlət başçısına müraciət etdilər, bunu sosial şəbəkələrdə yaydılar, jurnalistlər saytlarda-qəzetlərdə yazdılar...

Dostlar, sizin müraciətlərə ilgi göstərən və bundan öncəki əməliyata da qayğı ilə yanaşan dövlət başçısı cənab İlham Əliyevə, bu dəfəki əməliyatı gecikdirmədən nəzarətə götürüb məni Kömürükçü hospitalında müayinə etdirib, Türkiyəyə göndərən cənab Kəmaləddin Heydərova sizlərin və ailəm adından təşəkkür edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm