Məhkəmə Ayrapetyan barədə qərarını verdi
Bizi izləyin

Qırmızı.az

Məhkəmə Ayrapetyan barədə qərarını verdi

Bir neçə gün əvvəl Moskvada saxlanılan erməni maqnat Levon Ayrapetyan barəsində məhkəmə öz hökmünü verib.

ANS PRESS-in xəbərinə görə, Moskva Basman məhkəməsi Ayrapetyan barəsində sentyabrın 15-nə qədər davam edəcək həbs-qətimkan qərarı verib.

Məhkəmə bu qərarı verərkən, azadlıqda olacağı təqdirdə Ayrapetyanın nüfuzundan və şəxsi münasibətlərindən istifadə edərək gizlənəcəyi və məhkəmə şahidləri üzərində təzyiq göstərəcəyi ehtimalını diqqətə alıb.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ayrapetyan iyulun 15-də Monakodan Moskvaya gələrkən “Domodedovo” hava limanında saxlayıb.
Qeyd edək ki, Ayrapetyana qarşı əməliyyat cinayətkar qruplaşmalardan birinin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Erməni milyarderin bu cinayətkar qruplaşmaya bağlılığı haqda sabiq senator İqor İzmestyev istintaqa ifadəsində bildirmişdi.

Levon Ayrapetyan dünyanın ən varlı ermənilərindən sayılır. O, qondarma erməni soyqırımının dünya miqyasında tanınması üçün milyonlar ayırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm