Ötən gecənin qara olayları - Xronika
Bizi izləyin

Qırmızı.az

Ötən gecənin qara olayları - Xronika

Publika.az-ın FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Şəki şəhərində vətəndaşa məxsus ümumi sahəsi 192 kv.m olan kürsülü 5 otaq, aynabənddən ibarət evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Sabirabad rayonu, Məmişlər kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan mağazasının yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb. Yaxınlıqdakı digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 00:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə batması ehtimal olunur. Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlanılıb. Əlavə məlumat veriləcək.

***

Qobustan rayonu, Təklə Mirzəbaba kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyalar 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Oğuz rayonu, Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan mağazanın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm