Qırmızı.az
Sakinlər məktəb direktoruna bir həftə vaxt verdi (YENİLƏNİB)
İsmayıllının Kürtmaşı kəndində məktəb direktorunun azyaşlı qıza təcavüzü ilə bağlı toplantı keçirilib. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayonun polis rəisi Nizami Qocayev və rayon prokuroru sakinlərlə görüşərək onların narahatlığına son qoyulacağına söz veriblər. Məsələ araşdırılması üçün İsmayıllı rayon prokurorluğuna həvalə edilib. Prokurorluqdan Publika.az-a verilən məlumata görə, iş üzrə istintaq artıq başlanıb. İndidən məsələyə münasibət bidirmək tezdir. İstintaq başa çatdıqdan sonra məlumat veriləcək.
Qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun azyaşlı şagirdə təcavüz etməsi və onun cəzalandırılması tələbi ilə çıxış edən sakinlər isə məsələnin araşdırılması üçün bir həftə vaxt veriblər. Əks halda, müəllimi evində yandıracaqları ilə hədləyiblər, ona verilən 7 hektar pay torpaqlardan və vəzifəsindən imtina etməsi tələbi ilə çıxış ediblər.
11:45
İsmayıllı rayonunun Kürtmaşı kəndində baş verən təcavüzlə bağlı məsələ səngimək bilmir. Kənd sakinləri ayağa qalxaraq kənddə yerləşən qaçqın məktəbinin direktoru, 56 yaşlı Zahid Namazovun həbsini tələb edirlər.
Ötən günlərdə İsmayıllı rayon polis şöbəsindən Publika.az-a bildirilib ki, məsələ ilə bağlı şöbəyə ərizə daxil olub, bu barədə araşdırmalar aparılır.
Lakin sakinlər rayonun icra başçısı və hüquq mühafizə orqanları tərəfindən məsələnin qapandığını iddia edirlər.
Təcavüzə məruz qalan qızın anası Təranə xanım Publika.az-a bildirib ki, səhhəti ilə əlaqədar yerimək imkanı olmadığından maşınla ötən gün kəndin mərkəzinə gedərək sakinlərə müraciət edib:
“Mən camaatın arxasındayam. Qızımın namusunu ləkələyən o insanın tutulmasını istəyirəm. Səsimə səs verən yoxdu, mən də kənd camaatından kömək istəyirəm. Əgər o müəllim burdan çıxıb getməsə, ya da tutulmasa, onun evini şəxsən özüm yandıracam”,- deyə qadın bildirib.
Təranə xanım onu da əlavə edib ki, dünən kənd sakinlərinin iştirakı ilə rayon icra hakimiyyətinin qarşısına toplaşıblar. Amma icra nümayəndəliyi polisin köməkliyi ilə kütləni dağıdaraq onun etirazına barmaqarası yanaşıb: “Dedim, ya bu məsələni yoluna qoyun, ya da özümü yandıracam. İcradan dedilər ki, get, nə bacarırsan elə”.
Təranə xanım açıqlamasında onu da bildirib ki, qızını ekspertizaya aparıb. Cavablar 2-3 günə məlum olacaq. Bundan başqa, Respublika Prokurorluğuna və bəzi instansiyalara müraciət edib.
Simnarə
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO