Bakıda 19 yaşlı qız oğlanla ev yardı
Bizi izləyin

Qırmızı.az

Bakıda 19 yaşlı qız oğlanla ev yardı

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxslər tutulub. Yasamal Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, Esmira Baxşəliyeva mənzilindən 3000 manat, 1500 ABŞ dollar, 2000 avro və 15000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə ərizə ilə müraciət edib.

Məlum olub ki, cinyəti zərərçəkənin qohumları olan yeniyetmə uşaqlar törədib. Beləliklə, oğurluqda şübhəli bilinən 19 yaşlı Neftçala rayon sakini Mirzəağa Mustafayev və Bakı şəhər sakini Nisə Senalı tutulub. Qeyd edək ki, Nisə Senalının ifadəsi alındıqdan sonra o buraxılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm