Qırmızı.az
“Cənab Prezidentə hər zaman sadiqəm” – Həsən Şirinovdan YENİ AÇIQLAMA
“Kimin nə deməsindən, nə etməsindən asılı olmayaraq, mənim üçün hər zaman dövlətçilik və prezidentə sədaqət öndədir”.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini, general-mayor Həsən Şirinov Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycandakı səfirliyində keçmiş prezident Eduard Şevardnadzenin vəfatı ilə bağlı anım mərasiminə gedən zaman yolda tıxacda qalması haqda bəzi mətbu orqanlarda yayılan məlumatlara münasibət bildirərkən deyib.
H.Şirinov bildirib ki, kim nə danışırsa, özləri və Allah qarşısında cavab verəcək:
“Kim nə istəyir, yazsın, nə bacarırsa, etsin. Özləri bilərlər. Olmayan bir şey haqqında danışmağa dəyməz. Yazılanlara cavab verəndə isə yazanların ayaqları yer almış olar. Yazılanlar boş şeylərdir, düşmən adamlar nə istəsən, edərlər. Mən ulu öndər Heydər Əliyevə və Cənab Prezidentə hər zaman sadiqəm və belə də davam edəcək”.
Xatırladaq ki, bəzi mətbu orqanlarda Həsən Şirinovun sürücüsünün yol verdiyi səhv ucbatından Prezident İlham Əliyevin təxminən 15-20 dəqiqə tıxacda qalması barədə məlumat yayılıb.
Məlumatlı mənbələrdən virtualaz.org saytına verilən xəbərdə isə deyilir ki, bu səhv general Şirinova çox baha başa gəlib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov ötən həftə prezidentin kortejindən xaric edilib. Bundan sonra Prezident İlham Əliyevin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov özü müşayiət edəcək.
Vasif Həsənli
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...