“Garant Holding” iftar süfrəsinə dəvət edir
Bizi izləyin

Qırmızı.az

“Garant Holding” iftar süfrəsinə dəvət edir

Anar Məmmədovun təşəbbüsü ilə «Garant Holding» müqəddəs Ramazan ayı ilə əlaqədar növbəti dəfə iftar həftəsinə start verir.

Artıq bir neçə ildir ki, Azərbaycanın ən iri holdinqlərindən biri olan «Garant Ramazan ayının sonuncu həftəsi ərzində “İftar aksiya”sı keçirir.

Ötən illərdə nəqliyyatın hərəkətinin intensiv olduğu nöqtələrdə, işıqforlar və dayanacaqlarda iftar saatına gecikən insanlara su və xurma paylayan holdinq əməkdaşları onların vaxtında iftar açmasına kömək edirdi. Bu il Garant Holdinqin Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə aksiyanın səciyyə və miqyası bir az da genişlənəcək. Belə ki, Ramazan ayının son həftəsi, iyulun 21-dən 25-dək hər gün paytaxtın 12 nöqtəsində «Garant Holding» iftar süfrəsinə dəvət edir» şüarı altında aksiya gerçəkləşdiriləcək. hər gün 10 lokasiyada yerləşən işıqforlarda sürücü və piyadalara su vər xurma paylanacaq, hər gün bir məkanda qurulan çadırdan isə iftar saatına gecikən təxminən 300 nəfər insana "Mərcan" toyuq ətindən təamlar və “Yarsu” su və şirə məhsulları ikram olunacaq.

Builki Ramazan aksiyasında «Garant Holding» və onun tərkibinə daxil olan «Qarant Sığorta», «Azbentonit», «M-Trans», «Royal Estate», «Ucar Aqro», «Avtomedia», «Transeurocom», « Qarant Sığorta Agenti» iştirak edir. Aksiya boyunca hər gün 2300 nəfər insan iftarını Garant Holdinqlə birlikdə açacaq. Aksiyanın əsas məqsədi oruc tutan, iftara saatına gecikən və zamanını yolun qət olunmasına sərf edən, bununla yanaşı, ərazidə yaşayan aztəminatlı insanları iftar süfrəsinə qonaq etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm