Penitensiar xidmətdə kadr dəyişikliyi
Bizi izləyin

Qırmızı.az

Penitensiar xidmətdə kadr dəyişikliyi

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinatlar olub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin Qobustan Həbsxanasının rəisi vəzifəsinin müvəqqəti icrası ədliyyə polkovniki Fikrət Qafarova həvalə edilib. Həbsxananın rəisi, ədliyyə polkovniki Şahin Osmanov ədliyyə orqanlarında qulluq keçmə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Həmçinin xidmət rəisi 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsinin müvəqqəti icrasının ədliyyə polkovnik-leytenantı Rövşən Niyazova həvalə edilməsi barədə əmr imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm