Qırmızı.az
"Girovların məsələsi prezidentin diqqət mərkəzindədir"
Bu gün baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım
üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Beynəlxalq Qızıl
Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri
xanım Deniz Duranla görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən
ANS PRESS-ə verilən xəbərə görə, görüşdə baş nazirin müavini Əli
Həsənov BQXK nümayəndəliyinin rəhbərinə Ermənistan tərəfindən girov
götürülmüş azərbaycanlıların taleyi ilə bağlı və bu günə qədər
onlar haqqında heç bir məlumatın olmamasından Azərbaycan tərəfinin
narahatlığını çatdırıb və bildirib ki, bütün bu məsələlər ilk
gündən ölkə prezidentinin diqqət mərkəzindədir.
Qeyd olunub ki, həmin şəxslər öz doğma torpaqlarından didərgin
düşmüş məcburi köçkünlərdir: “Bu insanların ora getməsinə səbəb
həmin insanların vətən həsrəti və eyni zamanda öz doğmalarının
məzarlarını ziyarət etməsidir. Bu şəxslər sərhədləri BMT tərəfindən
tanınan Azərbaycanın ərazisində işğalçı qüvvələr tərəfindən girov
götürülüblər. Onlar heç bir sərhəd pozuntusuna yol verməyib və heç
bir beynəlxalq hüquq normasını və prinsiplərini pozmayıblar. Lakin
bütün bunlara baxmayaraq, Ermənistan tərəfi həmin şəxslər haqqında
həqiqətə uyğun olmayan müxtəlif fikirlər səsləndirir və onların
üzərinə diversant və cinayətkar qrup kimi ləkələr yaxaraq onlara
münasibətdə “müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında”
1949-cu il Cenevrə Konvensiyasından irəli gələn müddəaları tətbiq
etməkdən boyun qaçırır”.
Görüşdə girov götürülmüş şəxslərlə bağlı BQXK-nın fəaliyyətinin
daha da gücləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə
intensiv iş aparmağın zəruriliyi diqqətə çatdırılıb.
Qəbulda həmçinin Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri
Firudun Sadıqov da iştirak edib.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO