Ginekoloq pasiyentlərinin videosunu çəkirmiş
Bizi izləyin

Qırmızı.az

Ginekoloq pasiyentlərinin videosunu çəkirmiş

ABŞ-ın Merilend ştatında yerləşən Con Xopkinsa hospitalı ginekoloqdan olan şikayətlər səbəbindən pasiyentlərə 190 milyon dollar ödəyəcək.

ANS PRESS-in məlumatına görə, ginekoloq öz pasiyentlərinin videosunu gizli çəkməkdə ittiham edilir.

Təxminən 8 min qadın bu haqda şikayət edib. Bildirilir ki, keçən il özünə qəsd etmiş doktor Nikita Levi açarlarda, qələmlərdə və "brelok"larda olan gizli kameralardan istifadə edib.

Razılaşma amerika tarixində ən böyüklərdən biri hesab edilir.

İlk dəfə Levinin belə təcrübəsi haqqında məlumat onun həmkarları ginekoloqda kamera-qələmi gördükdə qeyd olunub.

Sonradan Levinin evində tapılan disklərdə onun pasiyentlərinin 1200-dən çox şəkli və videoçarxları tapılıb.

Həkim 2013-cü ilin fevralında hospitaldan çıxarıldıqdan 10 gün sonra evində ölü tapılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm