“Sevil” massivində yoxlama - FOTO
Bizi izləyin

Qırmızı.az

“Sevil” massivində yoxlama - FOTO

“Sevil” massivinin rəsmiləri rəsmi Feysbuk səhifəsində müştərilərinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, şirkət nümayəndələri MMC-nin bağlanmadığı, bir neçə gündən sonra fəaliyyətə başlayacağı bildirilir:


“Əvvəlcə bildiririk ki, “Sevil” Massivi MTK dövlət tərəfindən qeydiyyatdan keçmiş və öz fəaliyyət sahəsi ilə məşğul olan şirkətdir. Hazırda Sevil Massivində vergi yoxlamaları getdiyi üçün ofisdə və massivdə işlər bir müddətlik dayandırılıb. Məsələ həll olunur. Bu məsələ dövlətin massivimiz üzərində nəzarətinin olmasının sübutudur və bizim xeyrimizədir. Yazılanların heç bir əsası yoxdur. Əhalinin təşvişə düşməsi üçün heç bir səbəb yoxdur. Tezliklə ofisimiz fəaliyyət göstərəcək və müştərilər əvvəlki kimi ödənişlərini edə biləcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm