II və III qrupların imtahan nəticələri bu gün açıqlanacaq
Bizi izləyin

Qırmızı.az

II və III qrupların imtahan nəticələri bu gün açıqlanacaq

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II və III ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanının nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, abituriyentlər nəticələrini TQDK-nın rəsmi saytından və bütün mobil operatorlardan sms göndərməklə öyrənə biləcəklər.

Qeyd edək ki, müəssisələrinə II və III ixtisas qrupları üçün qəbul imtahanı iyulun 20-də keçirilib və təxminən 31326-a yaxın abituriyentin iştirak edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm