Bakıda ayaqqabı oğrusu tutuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda ayaqqabı oğrusu tutuldu

Nəsimi rayonu ərazisində yerləşən iri ticarət mərkəzindən oğurluq edilib. Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, 20-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İmişli rayon sakini 20 yaşlı Samir Bəyalıyev saxlanılıb.

Məlum olub ki, o, ticarət mərkəzindəki mağazanın qapısını sındırıb içəri daxil olub və oradan köynəklə ayaqqabı oğurlayıb. Növbəti mağazanı hədəf alamağa imkan olmayıb. O, polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

S.Bəyalıyev əvvəllər də məhkumluq həyatı yaşayıb. Onun barəsində Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm