“Onların işi parodiya etməkdir” – Siyavuş Novruzov parodiya olunmasından DANIŞDI
Bizi izləyin

Qırmızı.az

“Onların işi parodiya etməkdir” – Siyavuş Novruzov parodiya olunmasından DANIŞDI

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Planet Parni iz Baku” KVN teatrı üzvləri tərəfindən parodiya olunmasına münasibət bildirib.

YAP-çı deputat S.Novruzov Publika.az-a açıqlamasında bunları deyib:

“Bu məsələyə heç bir münasibət bildirmək istəmirəm. Hər kəs bir işlə məşğul olur. İndi onların da işi parodiya etməkdir. Bu, “KVN”dir, normal qarşılamaq lazımdır. Parodiya olunduğum üçün heç nədən incimirəm. Onlar təkcə məni deyil, çox adamı parodiya edirlər. Buna normal baxmaq lazımdır”.

S.Novruzov parodiya olunduğu videogörüntülərə isə hələ baxmadığını söyləyib.

Xatırladaq ki, millət vəkili Siyavuş Novruzov da daxil olmaqla Milli Məclisin bir qrup deputatı, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər bir neçə dövlət məmurları “Planet Parni iz Baku” KVN teatrı üzvləri tərəfindən parodiya olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm