Zakir Həsənov əmr verdi
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov əmr verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrdə idman yarışlarının keçirilməsi haqqında illik əmrinə əsasən, hərbi qulluqçular arasında səmti müəyyən etmə yarışları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildiriblər ki, yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılar fərdi, qrup və iki-iki patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparacaqlar.

Yarışda 13 komandanın 60-a yaxın hərbi qulluqçusu ərazidə səmti müəyyən edərək güclərini sınayacaqlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçiriləcək yarışlar iyulun 27-də mükafatlandırma mərasimi ilə sona çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm