Qırmızı.az
1 ailənin 3 üzvü öldü
Hadisə Bakı-Qazax yolunun Hacıqabul
rayonunun Nəvai kəndi ərazisində baş
verib.
ANS TV-nin məlumatına görə, Göygöl rayon sakini 46
yaşlı Namiq Məmmədova məxsus “Mercedes” markalı minik avtomobili
hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxıb.
Nəticədə “Mercedes” yoldan çıxaraq aşıb. Bir neçə
dəfə çevrilən maşın tamamilə yararsız hala düşüb. Hadisə
nəticəsində avtomobilin sürücü və maşında olan 3 sərnişin - 1970-ci
il təvəllüdlü Kərimov Nəsib Samit oğlu, onun həyat yoldaşı 42 yaşlı
Kərimova Rita Mamed qızı və 21 yaşlı Kərimova Əminə Nəsib qızı
hadisə yerində dünyasını dəyişiblər.
Qəzada həlak olan sərnişinlər bir ailənin üzvüdür.
Onların paytaxtdan yaşadıqları Gəncə şəhərinə getdikləri
deyilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar
gedir.
Qəzanın səbəblərini müəyyən etmək üçün avtotexniki
ekspertiza təyin edilib.
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?