Naxçıvanda 1678 uyğunluq sertifikatı verilib
Bizi izləyin

Qırmızı.az

Naxçıvanda 1678 uyğunluq sertifikatı verilib

Naxçıvan Muxtar Respublikası (MR) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi cari ilin 6 ayı ərzində 392 ədədi ərzaq, 1286 ədədi qeyri-ərzaq olmaqla, cəmi 1678 ədəd məhsula uyğunluq sertifikatı verib.

Publika.az-ın xəbərinə görə, Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “AzərTAc”a bildirilib ki, bunlardan 355 ədədi istehsal olunan məhsullara, 1323 ədədi xaricdən gətirilən məhsullara aiddir. Sertifikatların 289-u milli, 307-si dövlətlərarası, 1042-si beynəlxalq standartlara, 32-si təhlükəsizlik göstəricilərinə, 8-i müəssisələr tərəfindən hazırlanmış texniki şərtlərə uyğun olaraq verilib.

Bildirilib ki, sertifikatların 39-u kənd təsərrüfatı məhsullarına, 15-i rabitə vasitələrinə, 70-i avtomaşın ehtiyat hissələrinə, 3-ü qaz təsərrüfatında istifadə olunan sayğaclara, 1-i qaz tənzimləyicisinə, 4-ü elektrik və 6-sı qaz qızdırıcılarına aiddir. Bu müddətdə 64 müəssisəyə istehsal etdiyi sabit keyfiyyətli 137 adda məhsulu “AZS Milli Uyğunluq Nişanı” ilə nişanlamaq hüququ verilib. Eyni zamanda 2500 kiloqram xammalın istifadəsinə qadağa qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm