Səba şirkəti müştərilərinə müraciət edib
Bizi izləyin

Qırmızı.az

Səba şirkəti müştərilərinə müraciət edib

İyulun 15-də Səba –nın daha bir “Səxavət günü” baş tutdu. Ənənəvi olaraq hər ay keçirilən və sayca 4-cü olan bu aksiya Bakı və Abşeronun 235 marketini əhatə etdi və 50 mindən çox səxavət payı paylandı.

Ümumiyyətlə yüksək səviyyədə keçən bu xöş məramlı tədbirin bəzi marketlərdən narazılıq doğuran şikayətlərə səbəb olması Səba-nı narahat edib və şirkət alıcılarına müraciət ünvanlayıb. Müraciətdə şirkət alıcıları marketlərə qarşı tələbkar olmağa çağırıb:

«Səba hər «Səxavət Günü”ndən bir gün əvvəl aksiyada iştirak edən mağazaların adları və onlara veriləcək payın miqdarını ölkənin aparıcı mediasında yayımlayır. Bunu etməkdə məqsədimiz aksiyanın şəffaflığını təmin etmək və səxavət payını öz əsas ünvanına – Səba alıcılarına çatdırmaqdır. Atdığımız operativ addımlara baxmayaraq, təəssüf ki, bəzi marketlərin sizə xeyli az miqdarda pay aldıqlarını bildirmələri barədə bizə məlumatlar daxil olur. Qeyd edək ki, pay məhsulun miqdarı aksiyada iştirak edən marketlərdə Səba məhsullarına gündəlik tələbat əsasında müəyyənləşdirilib verilir. Ona görə də, hər hansı marketə getməzdən əvvəl həmin ticarət obyektinin nə qədər pay alacağını öncədən yaydığımız siyahıda izləyin. Bu, bəzi mağazalarda sizin yanlış məlumatlandırılmanızın qarşısını alar və Səxavət payının alıcılarımıza çatmasına kömək olar” – müraciətdə deyilir.

Səba alıcılarından “Səxavət günü” ilə bağlı marketlərdə rastlaşdıqları pozuntularla bağlı müraciətlərini Səba-nın facebook səhifəsinə https://www.facebook.com/SABA.Azerbaycan göndərmələrini xahiş edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm