Qırmızı.az
DSMF sədri Tovuzda qəbul keçirəcək
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 30 iyul 2014-cü il tarixdə, saat 11:00-da Fondun Tovuz rayon şöbəsinin inzibati binasında Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Göygöl və Daşkəsən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcəkdir.
Fonddan Publika.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Tovuz rayon şöbəsində (02231) 5-00-40
Qazax rayon şöbəsində (02229) 5-27-96
Ağstafa rayon şöbəsində (02222) 5-26-12
Şəmkir rayon şöbəsində (02230) 5-30-33
Gədəbəy rayon şöbəsində (02232) 6-00-93
Göygöl rayon şöbəsində (02220) 5-23-77
Daşkəsən rayon şöbəsində (02221) 5-52-42
Qəbulda iştirak edəcək vətəndaşların iyulun 30-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Tovuz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaqdır.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?