Özünü 16-cı mərtəbədən atmaq istəyən xilas olundu (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Özünü 16-cı mərtəbədən atmaq istəyən xilas olundu (YENİLƏNİB)

Şahidlərin verdiyi məlumata görə, intihar etmək istəyən şəxs xilas olunub. FHN əməkdaşları ilə söhbətindən sonra həmin şəxs intihar etmək fikrindən daşınıb. O, xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

12:06

Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən hündürmərtəbəli binanın damına çıxan ortayaşlı kişi intihara cəhd edib. Hadisə şahidlərinin Publika.az-a verdiyi xəbərə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Yasamal Rayon Polis İdarəsundən Publika.az-a bildirilib ki, intihara cəhd edən kişinin şəxsiyyəti hələlik məlum deyil. Polis əməkdaşları intihar etmək istəyən şəxslə danışıqlar aparır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm