Hərbçilər qəzaya düşdü
Bizi izləyin

Qırmızı.az

Hərbçilər qəzaya düşdü

Bu gün saat 10:30-da Masallı rayonunda hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ağır yol qəzası Ələt–Astara avtomobil yolunun Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb.


Belə ki. müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Ələs oğlu Qocayev idarə etdiyi Daxili Qoşunlara məxsus “QAZ-3108” markalı, 09-46 DQ dövlət nömrə nişanlı hərbçiləri daşıyan maşınla gedərkən 1983-cü il təvəllüdlü Xalid Sultan oğlu Səlimlinin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə toqquşub.


Qəza nəticəsində “VAZ-21154” markalı avtomobil əzilərək istismara yararsız hala düşüb. Maşının sürücüsü və sərnişin 1982-ci il təvəllüdlü Toğrul Ağayev ağır yaralanıblar. Onları xəstəxanaya yerləşdiriblər.


Qəza nəticəsində hərbçilərdən xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm