160 nəfər brüselyoza yoluxub
Bizi izləyin

Qırmızı.az

160 nəfər brüselyoza yoluxub

Bu ilin 6 ayında 160 brüselyoza yoluxma qeydə alınıb. Bu xəstəlik kənd təsərrüfatı heyvanlarının xəstələnməsi ilə bağlıdır. İnsanlar bu xəstəliyə həmin heyvanlarla təmas və onların ətindən, südündən qidalanma zamanı yoluxur.

Bunu Publika.az-a açıqlmasında Səhiyyə Nazirliyi yanında Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova deyib.

Onun sözlərinə görə, insanlar xəstə heyvanların ətini yaxşı bişirmədən, əsasən də, kustar üsulla hazırlanmış pendir yedikdə yoluxurlar.

“Brüselyoza yoluxma daha çox Aran rayonlarında qeydə alınıb. Bu bölgələrdə heyvanlar arasında xəstəlik çox olduğuna görə, həmin rayonlarda brüselyoza yoluxma halı daha çox qeydə alınır”.

R.İsmayılova onu da vurğulayıb ki, qaynadılmamış və pasterizə edilməmiş südün, belə süddən hazırlanmış qida məhsullarının istifadəsindən çəkinmək lazımdır.

Heyvan sahibləri, sallaqxana işçiləri, qəssablar, çobanlar, sağıcılar, heyvanlarla və heyvan cəsədləri ilə təmasda olanlar şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Əlcəklərin taxılması və əllərin yuyulması, heyvanlarla təmasdan sonra üst paltarlarının dəyişilməsi vacibdir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm