Azərbaycanlı girovların məsələsi AŞPA-da qaldırıla bilər
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı girovların məsələsi AŞPA-da qaldırıla bilər

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Sabir Hacıyev bu yaxınlarda Kəlbəcərdə erməni hərbi birləşmələri tərəfindən girov götürülən üç nəfər azərbaycanlıya qarşı amansız işgəncə verilməsi faktına münasibət bildirib.

Deputat S.Hacıyev Publika.az-a açıqlamasında deyib ki, sözügedən məsələ də Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA-nın növbəti iclaslarında qaldırıla bilər:

“Hər halda, Azərbaycanla bağlı istənilən məsələ ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbərinin iştirakı ilə bütün üzvləri tərəfindən əvvəlcədən müzakirə olunur və daha sonra gündəmə gətirilir. AŞPA-nın növbəti sessiyası ərəfəsində gündəlikdə olan məsələlər də qaldırılacaq. Yəqin ki, girovlarla bağlı məsələ də gündəmə gətirilə bilər”.

Xatırladaq ki, ötən həftə Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüb, Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm