İranlıların Azərbaycana gətirdiyi kreslolardan tiryək çıxdı
Bizi izləyin

Qırmızı.az

İranlıların Azərbaycana gətirdiyi kreslolardan tiryək çıxdı

İran vətəndaşlarının Azərbaycana gətirdiyi kreslolardan 45 qram tiryək çıxıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - Parvizi Hormoz Anoush oğlu və onun köməkçisi Gholamin Bahman Alijan oğlunun idarə etdikləri "Scania" markalı sərnişin avtobusundakı yüklərə "HEIMANN" markalı rentgen aparatı ilə baxış keçirilib.

Baxış zamanı 5 ədəd kreslonun içərisində - arxa hissədə korpusa bərkidilmiş vəziyyətdə, müxtəlif ölçülü plastik borularda xalis çəkisi 45 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm