Sevinc Babayevanın oğlu azadlığa buraxıldı
Bizi izləyin

Qırmızı.az

Sevinc Babayevanın oğlu azadlığa buraxıldı

Bakı Apelyasiya Məhkəməsində 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun apelyasiya şikayətinə baxılıb.

ANS PRESS-in Virtualaz.org-a istinadən məlumatına görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, Ayxan Məmmədovun apelyasiya şikayəti təmin edilib və Binəqədi Rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Ayxan Məmmədovun barəsində 1000 manat cərimə cəzası təyin edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Ayxan Məmmədov “Favorit” marketinin 4-cü mikrorayondakı (Binəqədi rayonu, Mir Cəlal küçəsi, 59, “Tərlan” şadlıq sarayının yaxınlığındakı) filialından oğurluğa cəhd etməkdə təqsirləndirilirdi. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İbtidai istintaq və məhkəmə dövründə onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bu müddət ərzində o, azadlıqda olub. Cinayət işi üzrə məhkəmə prosesi iyun ayının 25-də yekunlaşıb. Binəqədi rayon Məhkəməsinin qərarı ilə A.Məmmədov məhkəmə zalındaca həbs olunuraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Virtualaz.org saytı Ayxan Məmmədovla əlaqə saxlayıb. Onun telefonuna cavab verən qohumu bu qərarın həm Ayxan, həm də yaxınları üçün gözlənilməz olduğunu deyib: “Çox sevinirik. Doğrudan da gözlənilməz idi. Ədalətli qərar çıxarıldı. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm