İmtahanın birinci mərhələsindən 79 nəfər uğur qazandı
Bizi izləyin

Qırmızı.az

İmtahanın birinci mərhələsindən 79 nəfər uğur qazandı

Dövlət qulluğuna qəbulla bağlı 23 aprel və 13 iyun tarixində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi başa çatıb.


Publika.az-ın Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasına istinadla verdiyi məlumata görə, dövlət orqanı üzrə test imtahanında iştirak etmiş 474 namizəddən 79-u uğur qazanıb. Onlar 4-ü isə “C” nəticəsi əldə edib. 321 namizəd test imtahanına gəlməyib.


Qeyd edək ki, "C" nəticəsi dedikdə, 5-ci təsnifat inzibati vəzifəyə iddia edən, lakin vəzifə üzrə keçid balını toplamayan, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak etmək hüququ əldə edən namizədlərin nəticələri nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm