“Bayraq meydanı”nda qəza
Bizi izləyin

Qırmızı.az

“Bayraq meydanı”nda qəza

Gecə saatlarında paytaxtın Səbail rayonunda yol qəzası olub.

Səbail rayon yol polisi şöbəsindən Publika.az-a verilən xəbərə görə, hadisə Salyan şossesində, "Bayraq meydanı"nın yaxınlığında qeydə alınıb. “Mitsubishi” markalı avtomobillə “Mercedes” markalı maşın toqquşub, nəticədə, “Mercedes”in sürücüsü xəsarət alıb.

Hadisə yerinə gələn dövlət yol polisi əməkdaşları “Mitsubishi” markalı avtomobilin sürücüsünün sərxoş olduğunu, idarəetməni itirərək yolun əks tərəfinə çıxdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm