Qırmızı.az
Təhsil Nazirliyi yay məktəbi təşkil edəcək
Təhsil Nazirliyi Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, "Mədəd" Azərbaycan Təşkilatı və ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi ilə birgə sentyabrın 4-dən 13-dək Quba rayonunda Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi təşkil edəcək.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bununla bağlı, Təhsil Nazirliyi Yay Məktəbində iştirakçı və spiker (təlimçi) qismində iştirak etmək üçün elan verib.
Yay Məktəbinin əsas məqsədi təhsil ilə maraqlanan və bu sahədə təhsilini başa vurmuş məzunların, gənc liderlərin müəyyən edilməsi ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası”nda nəzərdə tutulan məsələlərin həyata keçirilməsinə töhfə vermək və strateji istiqamətlərdən irəli gələn tədbirlər planının reallaşdırılması üçün gənc kadrlar yetişdirməkdir.
Yay Məktəbi çərçivəsində təlim, təqdimat, müzakirə, debat və TEDx formatında təhsil siyasəti, təhsildə strateji planlaşdırma, təhsil layihələrinin idarə olunması və qiymətləndirilməsi, təhsildə tədqiqatların rolu, təhsildə idarəetmə, təhsildə qiymətləndirmə və monitorinq, məktəb idarəetməsi və liderlik, müəllim hazırlığında innovativ yanaşmalar və informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi kimi mövzular əhatə olunacaq.
Azərbaycan Respublikasının və ya xarici ölkənin universitetinin
məzunları və ən azı bakalavr dərəcəsinə malik olan, Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası ilə
tanış olan, araşdırma aparmaq, onu təqdim etmək və yüksək səviyyəli
ünsiyyət bacarıqlarına malik olan gənclər Təhsil üzrə Gənc Liderlər
üçün Yay Məktəbində iştirakçı və ya spiker (təlimçi) qismində çıxış
etmək üçün müraciət edə bilərlər. Ətraflı məlumat http://madad.net/az/announcement45.php,
http://madad.net/az/announcement46.php internet
səhifələrində yerləşdirilib.
Müraciət üçün son tarix avqustun 4-dür.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər