Kür çayı üstündəki körpüdə bədbəxt hadisə, 5 yaralı
Bizi izləyin

Qırmızı.az

Kür çayı üstündəki körpüdə bədbəxt hadisə, 5 yaralı

Körpü üzərində təmir işləri aparan fəhlələr ehtiyyatsızlığın qurbanı oldular.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, rayonun Poylu qəsəbəsində Kür çayının üzərindən keçən dəmiryol körpüsündə təmir işləri aparan 5 nəfər fəhlə yıxılaraq xəsarət alıbar.

Belə ki, dəmir pilləkən anidən qırılıb və bədbəxt hadisənin baş verməsinə səbəb olub.

Bu zaman fəhlələr körpü üzərindən təxminən 10 metr hündürlükdən yerə düşüblər.

Nəticədə, Ağstafa rayon sakinləri - Yaşar Mansurov, Talib Rüstəmov, Elxan Əmiraslanov, Çingiz Tağıyev və Elxan Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdiriblər.

Xəstəxanadan bildirilib ki, onlar əməliyyat olunub, vəziyyətləri stabildir.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm